Beynəlxalq Tərəfdaşlar

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (NAYORA) 1995-ci ildə əsası qoyulan və 146 qeyri-hökumət təşkilatını özündə birləşdirən Azərbaycanın ən böyük gənclər platformasıdır. Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədlərindən biri də gənclərin və gənclər təşkilatlarının milli, regional, və beynəlxalq səviyyədə təmsil olunmasına dəstək göstərməkdir. Bu gün Milli Şura Azərbaycan gənclərini beynəlxalq səviyyədə təmsil etməklə dünyanın 150-dən çox ölkəsi, regional və beynəlxalq gənclər platformaları ilə birbaşa və dolayı yolla əlaqələrə malikdir.

3 əsas strateji istiqaməti əhatə edir :

1. İnstitusional tərəfdaşlarla əməkdaşlıq;
2. Beynəlxalq səviyyədə gənclərin təmsilçiliyi;
3. Beynəlxalq proqram və layihələrin icrası.



Beynəlxalq Tərəfdaşlarımız

Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar:

 

  • BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC)

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası təşkilatın, xüsusən də öz yurisdiksiyası altında olan 15 ixtisaslaşmış qurumun, 8 funksional komissiya və 5 regional komissiyanın iqtisadi və sosial sahələrini əlaqələndirmək üçün məsuliyyət daşıyan BMT-nin altı əsas orqanından biridir.

https://www.un.org/ecosoc/en/home

 

  • Avropa Birliyi

Avropa Birliyi (AB) 27 Avropa ölkəsini əhatə edən və Avropanın ortaq iqtisadi, sosial və təhlükəsizlik siyasətini idarə edən beynəlxalq təşkilatdır. AB siyasətinin məqsədi vahid bazar daxilində insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkətini təmin etmək, ədliyyə və daxili işlər ilə bağlı qanunvericilik tətbiq etmək və ticarət və regional inkişafla bağlı ümumi siyasəti saxlamaq və inkişaf etdirməkdir.

https://europa.eu/

 

  • Avropa Şurası

1949-cu ildə təsis edilmiş Avropa Şurası, Avropada insan haqları, demokratiya və qanunun aliliyi prinsiplərinin təmin edilməsini hədəfləyən beynəlxalq təşkilatdır.

https://www.coe.int/en/web/portal

 

  • Avropa Gənclər Forumu

Avropa Gənclər Forumu Avropadakı Milli Gənclər Şuraları və Beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarını birləşdirən bir platformasıdır. Forum Avropa Birliyi, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda gənclərin hüquqlarının qorunmasına səy göstərir.

              https://www.youthforum.org/

 

  • Dünya Türk Gənclər Birliyi

Dünya Türk Gənclər Birliyi Türk dünyasında xidmət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə 1992-ci ildə təsis edilmişdir. DTGB könüllü, müstəqil, beynəlxalq demokratik platforma kimi təşkil olunmuşdur və təməli beynəlxalq hüquq normalarına və insan hüquqları bəyannaməsinə paralel dövlətlərarası müqavilələrə əsaslanır.

http://www.dunyaturkgencleri.org/

 

  • Dünya Gənclər Assambleyası

Dünya Gənclər Assambleyası (WAY) milli gənclər şuralarının və milli gənclər təşkilatlarının beynəlxalq əlaqələndirici orqanıdır. DGA-ın tam üzvləri milli gənclər şuralarıdır. DGA hazırda bütün qitələrdən olan 140 üzv təşkilatı özündə birləşdirir.

http://way.org.my/

 

  • Pan-Afrika Gənclər Birliyi

Pan Afrika Gənclər Birliyi (UPJ/PYU) Afrika ölkələrində gənclər təşkilatları üçün əlaqələndirici orqandır. Pan Afrika Gənclər Birliyi Afrika gənclərinin inkişafı üçün çalışır.

 

  • Ukrayna Gənclər Milli Şurası

 

NAYORA-nın təşkilatçısı olduğu beynəlxalq layihələrlə tanış olaq.

 

  • “MDB Start-up platformu”

2019-cu ilin fevral ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “MDB Start-up platformu” adlı beynəlxalq layihənin təşkilatçısı olmuşdur. Start-up platformu layihəsi çərçivəsində MDB ölkələri: Belarusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya və Tacikistandan gənc sosial sahibkarlar dəvət olunmuş və Barama İnnovasiya mərkəzi, Azərbaycan Respublikası Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə infoturlar təşkil edilmişdi.

 

  •  "Start it UP, Keep it UP"

NAYORA 2018-2020-ci illəri əhatə edən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ çərçivəsində uzunmüddətli innovativ sahibkarlıq layihəsini həyata keçirməkdədir. Layihədə Türkiyə, Yunanıstan, Bolqarıstan, Latviya və Xorvatiyadan olan 6 tərəfdaş təşkilatdan 4 iştirakçı və 1 koordinator iştirakçılıq edir.

Avropada cəmiyyətin problemlərinin həllinə yönəldilmiş layihənin əsas hədəflərindən biri gəncləri sosial yönümlü “Start-Up”lar vasitəsilə mühüm dəyişiklər etməyə həvəsləndirmək, digər hədəfləri isə gənc sosial sahibkarları və sahibkar olmaq istəyən gəncləri lazımi bacarıqları, bilikləri və vəsaitləri təmin etməklə onların potensialının artırılması, işsizliyin azaldılmasında və daha yaxşı bir mühit yaratması üçün sosial sahibkarlığın təsirinin qiymətləndirilməsi və müzakirəsinin təşkil edilməsi və gənclərin öz sosial “Start-Up”larını yaratması üçün imkanlar və vasitələrlə təmin edilməsindən ibarətdir.

 

  • “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması”

2020-ci ilin yanvar ayında Beynəlxalq Visegrad Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi həyata keçirildi. Layihə çərçivəsində Gürcüstanda 3 günlük təlim kursu, Polşada və Çexiyada təhsil səfərləri təşkil edilmişdir. Layihənin məqsədi Azərbaycan, Gürcüstan, Polşa, Çexiya və Macarıstanda həssas qrupdan olan gənclərin cəmiyyətə inteqrasiyası naminə fəaliyyət göstərən sosial işçilər, gənc tətqiqatçılar və bu sahədə inkişaf etmək istəyən gənclərin bilik və bacarıqlarını artırmaqdır.