Resurs Mərkəzi haqqında

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə yaradımış Resurs Mərkəzi ARGTMŞ-ya üzv olan gənclər təşkilatlarının ofis və maddi-texniki avadanlıqlarla təmin etməklə yanaşı, üzv təşkilatlar üçün istər yerli, istərsə də beynəlxalq layihələrə müraciət zamanı təsviri  üçün konsultasiya xidmətinin göstərilməsi ilə təmin edəcək.

 

Mərkəzdən istifadə mexanizmi

1. Mərkəzin imkanlarından yararlanmaq istəyən şəxslər 1 həftə öncədən www.nayora.az saytına daxil olaraq qeydiyyatdan keçməlidir.
2. Qeydiyyatı təsdiqləndiyi təqdirdə istifadəçi saytda müvafiq keçidə daxil olduqda mövcud olan vaxt aralığını seçməklə təqvim üzərindən sorğu göndərə bilərlər.
3. Göndərilmiş sorğular 3 iş günü ərzində cavablandırılacaq.
4. Resurs Mərkəzində rezidentlik hüququ əldə edəcək gənclər təşkilatları ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası arasında müqavilə imzalanacaq.

İş günləri: Hər gün (Bayram və hüzn günləri istisna)
İş saatı: 09:00-20:00

Xidmətlərimiz


Konfrans, təlim və iclas otaqlarından istifadə
Texniki avadanlıqlardan istifadə (kompüter, printer, skaner, proyektor)
İş üçün bütün ləvazimatlarla təchiz olunmuş «co-working» zonadan istifadə
Gənclər üçün müxtəlif könüllük imkanları haqqında məlumat güşəsi
Mətbəx və lounge zona
Yüksək sürətli internet
Təhlükəsiz məkan