Gənclərlə iş sahəsində Təlimçilər Bazasına qeydiyyat

Əgər Siz də Gənclərlə iş sahəsində Təlimçilər Bazasına üzv olmaq istəyirsinizsə aşağıdakı onlayn müraciət formasından qeydiyyatdan keçə bilərsiniz.

Tələb olunan sənədlərin siyahısı:

  • müraciət forması;
  • təlimçilik təcrübəsi barədə qısa məlumat forması (əlavə №2 - məlumatı google müraciət formasınada təlimçilik fəaliyyəti haqqında məlumat bölümündə suallara cavab verməklə daxil edə bilərsiz);
  • tərcümeyi-hal (CV);
  • ictimai fəaliyyət barədə məlumat;
  • yerli və beynəlxalq səviyyədə keçirilən “Təlimçilər üçün təlimlərdə” (Training of trainers) iştirakı təsdiq edən sənədlərin (şəhadətnamə və. s.) surətləri;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • ali təhsil barədə sənədin surəti (əgər varsa);
  • elektron formada 1 ədəd 3x4 ölçüdə şəkil.

Təlimçilər Bazasına BURADAN qeydiyyatdan keçə bilərsiniz.

Gənclərlə işləyən Təlimçilər Bazasının İşçi qrupuna müraciət məktubunu yükləyin.

Qeyd: Yalnız tələb olunan sənədlərin hər birini strukturlu şəkildə və tam formada doldurmuş namizədlərin müraciətləri nəzərə alınacaq.