Gənclərlə iş sahəsində Təlimçilər Bazası haqqında
Gənclərlə iş sahəsində çalışan təlimçilərin nəzərinə!
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə yaradılan Gənclərlə iş sahəsində Təlimçilər Bazasının əsas məqsədi gənclər siyasəti sahəsində qeyri-formal təhsil imkanlarının keyfiyyətinin artırılması üçün peşəkar təlimçilərdən ibarət vahid və davamlı bazanın yaradılmasıdır.
Gənclərlə iş sahəsində Təlimçilər Bazası aşağıdakı vəzifələri hədəfləyir:
- Ölkədə təlimçiliyin inkişafını təmin edəcək təşəbbüslərin həyata keçirilməsinə şərait yaradılması və davamlı dövlət dəstəyinin göstərilməsi;
- Müəyyən olunmuş təlimçilər və təlimçi olmaq üçün namizədlər barədə məlumatların vahid və elektron məlumat bazasında sistemləşdirilməsi;
- Gənclərlə iş sahəsində təlimçilərin mübadiləsinin və beynəlxalq təlim səfərlərini dəstəklənməsi;
- Təlimçilər bazasının üzvlərinin peşəkar inkişafı üçün uzun-müddətli “Təlimçilər üçün təlimlər” və digər şəxsi inkişaf modellərini dəstəklənməsi;
- Müxtəlif sahələr üzrə təlim mövzuları və metodiki vəsaitlərin işlənib hazırlanması və bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi.
Gənclərlə iş sahəsində Təlimçilər Bazasına üzv olmaq üçün 5 səbəb:
- Təlimçilərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təsdiq etdiyi, etibarlılıq müddəti 2 il olan sertifikat verilməsi;
- Təlimçi olmaq üçün namizədlərə təlimçilik bacarıqlarını təkminləşdirilməsi və təcrübə mübadiləsi aparmaları üçün müvafiq dəstəyin göstərilməsi;
- Layihə icraçıları və donorlar tərəfindən daha asan şəkildə, elektron baza vasitəsilə təlimçilərin seçilməsi;
- Təlimlərdə iştirak edən gənclərin bilik və bacarıqlarının tanınması.