Avropa Həmrəylik Korpusu nədir?

Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) yeni bir cəmiyyətə inteqrasiya edib yeni dil öyrənərək qeyri-hökumət təşkilatlarına fayda vermək istəyən gənclər üçün nəzərdə tutulmuş 4 həftədən 12 aya qədər davam edən beynəlxalq könüllülük layihəsidir. Layihə bir neçə istiqamətdən ibarətdir: rəsm və idman, təhsil və mədəniyyət, ətraf-mühit və idarəetmə və s.

Avropa Həmrəylik Korpusu Avropada birliyin, həmrəyliyin, demokratiya və vətəndaşlığın möhkəmləndirilməsinə yardım etmək, gənclərin əlçatan və təcrübə əsaslı fəaliyyətlərdə iştirak səviyyəsini artırmaq üçün könüllülük yolu ilə ictimai problemlərə cavab verən və sosial inteqrasiyanı gücləndirən “həmrəylik” dəyərlərini təşviq etmək məqsədi daşıyır.

Bu imkanlar gənclərə fərqli cəmiyyətlərə qarşı həmrəylik və öhdəlik göstərmək, həmçinin Avropa çərçivəsində baş verən həssas proseslərin həllinə kömək etmək şansı yaradır.

AHK layihəsində kimlər iştirak edə bilər?

  • 18-30 yaş aralığında olan hər kəs;
  • İngilis dilində səlis danışıq bacarığı olan hər kəs;
  • Avropa Birliyinə üzv olan ölkələrdə və ya Şərq Tərəfdaşlığı ölkələrində həmçinin Rusiya Federasiyasında yaşayan hər kəs;

Necə iştirak etmək mümkündür?

● İlk növbədə, NAYORA tərəfindən sosial media və ya rəsmi ESC saytında paylaşılan layihələrlə tanış olmalı və uyğun layihəyə qeydiyyatdan keçməlisiniz;

● Qeydiyyatdan keçdiyiniz layihəyə seçildikdən sonra, siz Erasmus+ tərəfindən akkreditasiya olunmuş və sertifikatlaşdırılmış göndərən təşkilatlarından (sending organisation) biri ilə müqavilə bağlamalısınız;

●   Göndərən təşkilatlar bütün administrativ prosedurlar (sənədləşmə, hazırlıq prosesləri, təşkilati razılaşma, səyahət biletləri və sığorta) üçün köməklik göstərirlər.

Mən bir dəfədən artıq iştirak edə bilərəm?

Siz Avropa Həmrəylik Korpusunun təşkil etdiyi layihələrdə ümumilikdə 12 ay olmaq şərti ilə bir və ya iki dəfə iştirak edə bilərsiniz.

  • Əgər qısamüddətli layihədə (59 gündən az) iştirak etmisinizsə, siz uzunmüddətli layihədə (12 aya qədər) iştirak edə bilərsiniz.
  • Əgər uzun-müddətli layihədə (12 aya qədər) iştirak etmisinizsə, siz yenidən nə qısamüddətli, nə də uzunmüddətli layihədə iştirak edə bilməzsiniz.

Nə qədər ödəniş etməliyəm?

Siz könüllü olaraq iştirak etmək üçün ödəniş etməməlisiniz. Səyahət xərcləri (məsafəyə görə dəyişir), yemək, qonaqlama, nəqliyyat və dil kursları xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır. Əlavə olaraq, təşkilat könüllüləri aylıq olaraq “cib-xərci” adlanan müəyyən məbləğdə pul vəsaiti ilə təmin olunurlar.

Yaranmış suallarla bağlı [email protected] mail ünvanına yazmağınız xahiş olunur!