Struktur

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir.

Sədr

Azər Əliyev Sədr

Sədr müavinləri

Rafael Hacıbəyli Sədr müavini
Ülviyyə Axundova Sədr müavini

Baş Katib

Ramin Həbibzadə Baş Katib

Katiblik

Katiblik - NAYORA-nın cari icra orqanıdır və rəhbərlik Baş katibə məxsusdur. Katiblik Məclisin, Büro və Baş Katibin qərarlarını, tapşırıqlarını həyata keçirir, işçi strukturlarının işini əlaqələndirir, müxtəlif sahələr üzrə NAYORA-nın cari fəaliyyətini istiqamətləndirir.

Aygün Kərimova İctimaiyyətlə əlaqələr üzrə katib
Elvin Ağasiyev Resurs Mərkəzinin koordinatoru
Jalə Həsənova Program Meneceri
Sevinc Sadıqova Mühasib
Ramilə El-oğlu Üzv Təşkilatlarla iş üzrə katib

Məclis

Məclis - Qurultaylararası dövrdə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir. Məclis üzv təşkilatlara müxtəlif mövzular üzrə müzakirələr və fikir mübadiləsi aparmağa imkan yaradır. Məclisin səsverməsi nəticəsində Məclis sədri seçilir.

Qurultay

Qurultay - Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK)

Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qurultayda seçilir və 5 nəfərdən ibarətdir.MNTK-ın işi onun ilk iclasında seçilmiş Sədr tərəfindən təşkil edilir. Əsas vəzifəsi Nizamnamayə əməl olunmasına nəzarət etməsidir.

Əzizağa Atakişiyev MNTK üzvü
Hilal Rəhimli MNTK üzvü
Rəsul Quliyev MNTK sədri
Ramiyyə Şahgəldiyeva MNTK üzvü
Vəfa Xəlilli MNTK üzvü

Büro

Büro - NAYORA-nın cari icra-qərarverici orqanıdır, Məclis tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi üçün məsuldur. Büro NAYORA-nın sədri, Baş katib, eləcə də, idarə heyətindən və müşahidəçi statusu ilə MNTK sədrindən ibarətdir.

Səbinə Əliyeva İdarə Heyətinin üzvü
Dinara Bayramlı İdarə Heyətinin üzvü
Nail Şükürov İdarə Heyətinin üzvü
Elvin Hüseynov İdarə Heyətinin üzvü
Samrin Xanlayev İdarə Heyətinin üzvü
Ülkər Xanlarova İdarə Heyətinin üzvü
Orduxan Qəhrəmanzadə İdarə Heyəti üzvü
Azad Manaflı İdarə Heyətinin üzvü