ERASMUS+ Nədir?

Erasmus+ (EuRopean Community Action Scheme for the Mobility of University Students) Avropa Birliyi tərəfindən təhsil, təlim, gənclər və idmanı dəstəkləmək məqsədi ilə yaradılmış proqramdır. Proqramın əsas məqsədi inkişaf, iş, sosial bərabərlik, və inklüzivlik çərçivəsində olan Avropa2020 və Avropa Birliyinin təhsil və təlim startegiyasına öz töhfəsini verməkdir.

Erasmus+ proqramının digər məqsədi öz tərəfdaşlarının ali təhsil sahəsində dayanıqlı inkişafını təmin etmək və Avropa Birliyinin Gənclər Strategiyasının hədəflərinə çatmaq üçün töhfə verməkdir.

Proqram tərəfindən prioritet olaraq qiymətləndirilən əsas məsələlər bunlardır:

  • Gənclər arasında işsizliyin azaldılması;
  • İnnovasiya, əməkdaşlıq və islahatların dəstəklənməsi;
  • Gender bərabərliyinin bütün Avropada təmin olunması;
  • Gənclərin həmrəylik və demokratiyada iştirakının artırılması;
  • Avropa İttifaqının tərəfdaş ölkələri ilə əməkdaşlıq imkanlarından faydalanması;
  • Hər yaşda olan insanların əmək bazarında tələb olunan yeni bacarıqlara yiyələnməsi üçün zəmin yaradılması.

Necə faydalanmaq mümkündür?

Erasmus+ həm fərdi şəxslər, həm də təşkilatlar üçün ayrılıqda imkanlar təklif edir:

Fərdi Şəxslər

  • Erasmus+ hər yaşda olan insanlar üçün müxtəlif ölkələrdəki müəssisə və təşkilatlarda bilik və təcrübələrini inkişaf etdirmək imkanlara malikdir.
    Daha ətraflı

Təşkilatlar

  • Erasmus+ universitetlər, təhsil və təlim təminatçıları, araşdırma mərkəzləri, qeyri-hökümət, qeyri-kommersiya və gənclər təşkilatları daxil olmaqla müxtəlif təşkilatlar üçün imkanlara malikdir.
    Daha ətraflı

 

Kimlər faydalana bilər?

Fərdi şəxslər və təşkilatlar hansı ölkədən olmalarından asılı olaraq Erasmus+ tərəfindən maliyyələşdirilən bir çox fürsətlərdən faydalana bilərlər.

Erasmus+ təşəbbüs və fürsətlərindən yararlanmaq hüququ olan ölkələr Proqram Ölkələri və Tərəfdaş Ölkələr olaraq iki qrupa bölünürlər. Erasmus+ fürsətlərinə Avropa İttifaqının 28 ölkəsi və aşağıdakı ölkələr faydalana bilərlər:

Proqram ölkələri                                                              

  • Birləşmiş Krallıq
  • İslandiya
  • Lixtenşteyn
  • Norveç
  • Serbiya
  • Şimali Makedoniya
  • Türkiyə

Avropa Birliyinin qonşu ölkələri

Balkan Tərəfdaşlığı ölkələri

  • Albaniya
  • Bosniya və Herseqovina
  • Kosovo
  • Monteneqro

Şərq Tərəfdaşlığı ölkələri

  • Azərbaycan
  • Belarusiya
  • Ermənistan
  • Gürcüstan
  • Moldova
  • Ukrayna

Aralıq dənizi ölkələri

  • Əlcəzair
  • Fələstin
  • İsrail
  • İordaniya
  • Livan
  • Liviya
  • Misir
  • Mərakeş
  • Suriya
  • Tunis

Yaranmış suallarla bağlı [email protected] mail ünvanına yazmağınız xahiş olunur!