Beynəlxalq şəbəkələrdə mövcud əməkdaşlıqlar çərçivəsində təmsilçilik istiqamətində yeni layihələrin planlanması məqsədilə təşkilatlararası görüşlərimiz davam edir.

28 Dekabr 2023

Beynəlxalq şəbəkələrdə mövcud əməkdaşlıqlar çərçivəsində təmsilçilik istiqamətində yeni layihələrin planlanması məqsədilə təşkilatlararası görüşlərimiz davam edir.

Bu dəfə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Formu Avrasiya Regional Mərkəzinin baş direktor vəzifəsini icra edən Vüsal Qurbanov ilə görüşümüz baş tutdu.

Görüşdə həyata keçirilmiş layihələr, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Milli Şuraları ilə əməkdaşlıq imkanları, təşkilatın fəaliyyət istiqamətləri, İslamofobiya ilə mübarizəyə həsr olunan tədbirlərin müzakirəsi aparılmış, həmçinin gələcəkdə birgə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər, qarşılıqlı resurs mübadiləsi ilə bağlı məsələlərdən də söz açılmışdır.