Bu dəfə ki, görüşümüz Bizim Gənclik İB-nin İcraçı direktoru Səmayə Abbasquliyeva, Baş katibi Mübariz Quliyev və Gənclərin Töhfəsi İB-nin sədri Asim Vəliyev, İcraçı direktoru Məhsəti Hüseynova və təşkilatı məsələlər üzrə sədr müavini Xəqani Qədimov ilə keçirildi.

16 Dekabr 2023

Görüşlərdə qarşıya qoyulan məsələlər sırasında təşkilatların fəaliyyətləri, əhatə etdiyi gənclər, ofis imkanları, yaxın gələcəkdə keçirilməsi planlaşdırılan layihələri və mümkün tərəfdaşlıqlar yer alırdı. Görüş zamanı təşkilatların NAYORA-dan olan gözləntilərini, təkliflərini dinləyərək, fəaliyyətləri zamanı gənclərə təqdim etdikləri imkanlardan bəhs etdik.

Qeyd edək ki, “Gənclərin Töhfəsi” İB əsasən gənclərin asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, sağlam həyat tərzi, ekologiya və ətraf mühitin qorunması, eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən klublar vasitəsilə gənclər üçün layihələr həyata keçirir.

“Bizim Gənclik” İB-nin isə əsas fəaliyyət istiqaməti vətənpərvərlik, gənclərin hüquqi cəhətdən maarifləndirilməsi, bilik və bacarıqlarının artırılmasından ibarətdir.