Bu gün Ulu Öndər Heydər Əliyevin Anım günü ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Həsən Həsənovla görüş keçirildi.

11 Dekabr 2023

Bu gün Ulu Öndər Heydər Əliyevin Anım günü ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Həsən Həsənovla görüş keçirildi.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə görüş öz işinə başladı.

ADNSU-nin rektor vəzifəsini icra edən Vazeh Əskərov, NAYORA-nın sədri Rafael Hacıbəyli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş Direktoru Azər Əliyev çıxış edərək Ümummilli Liderin Azərbaycanın hər tərəfli tərəqqisi yolunda çoxşaxəli və tarixi missiyasından, dövlət müstəqilliyinin qorunması yolunda verdiyi misilsiz tarixi xidmətlərdən söz açıblar.

Daha sonra moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi “Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda disskusiya başlayıb. Həsən Həsənov Ulu öndərin həyatını, zəngin dövlətçilik təcrübəsini, gənclər siyasətinin ərsəyə gəlməsində verdiyi böyük töhfələrdən danışıb, iştirakçıların suallarını cavablandırıb.