Gənclər üçün yeni çağırışlar!

6 Fevral 2024

Gənclər üçün yeni çağırışlar!

"Gənclər Həftəsi" çərçivəsində qalib ölkənin qalib gənclərinin beynəlxalq təmsilçiliyini artırmaq, onları bu barədə məlumatlandırmaq məqsədilə “Beynəlxalq təmsilçilik: Yeni çağırışlar” adlı görüş keçirilib. Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, dövlət qurumlarının məsul şəxsləri, gənclər təşkilatlarının rəhbərləri və DİM üzrə gənc səfirlər iştirak ediblər.

Tədbirdə beynəlxalq təmsilçilikdə yeni imkanlar və çağırışlar mövzusunda müzakirə aparılıb, təcrübələr bölüşülüb, həmçinin bu sahədə görüşlərin davamlı olması və işçi qrupun formalaşdırılaraq gənclərin uğurlu təmsilçiliyi üçün müvafiq sənədin hazırlanması qeyd olunub.

Qeyd edək ki, görüşdə NAYORA-nın idarə heyəti və üzv təşkilatlarıda iştirak edib.