Gənclər təşkilatlarının nümayəndələrindən ibarət komandaların yarışdığı İntellektual yarış keçirilib.

12 Dekabr 2023

Gənclər təşkilatlarının nümayəndələrindən ibarət komandaların yarışdığı İntellektual yarış keçirilib.

Nə? Harada? Nə zaman? formatında baş tutan yarışın sualları Ulu Öndərin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşünü əhatə edib.

Yekunda “Böyük Qayıdış” Gənclər Təşkilatı birinci yerin qalibi olub. “Cavan” Gənclər Hərəkatı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi isə ikinci və üçüncü yerləri öz aralarında bölüşüblər.