Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gənclər Fondunun tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Gənclər Həftəsi” çərçivəsində #BirkimiBirlikdə - Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib.

1 Fevral 2024

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gənclər Fondunun tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə “Gənclər Həftəsi” çərçivəsində #BirkimiBirlikdə -  Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb.

Daha sonra rəsmilərin çıxışlarına keçid edilib. İlk çıxışı gənclər və idman naziri Fərid Qayıbov edərək 2 fevral - Gənclər günü münasibətilə iştirakçıları təbrik edib. Gənclər təşkilatları üçün ayrılmış qrantlardan və xüsusi ilə yeni qrant müsabiqəsinin qəbulunun yaxın günlərdə elan ediləcəyindən bəhs edib.

Növbəti çıxışı Gənclər Fondunun İcraçı Direktoru vəzifəsini icra edən Qədir Xəlilov edib. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər təşkilatları ilə birgə gənclərin inkişafı naminə dəstək göstərilmiş layihələr və təşkilatlarla birgə gənclərə faydalı olacaq yeni layihələrin icrası haqqında məlumat verib.

Çıxışlar NAYORA-nın sədri Rafael Hacıbəylinin nitqi ilə davam edib. Çıxışı zamanı forumun məqsədindən, gənclər təşkilatlarına yaradılmış yeni imkanlar barədə məlumat verib və eləcədə onların inkişaf mühit üçün zəmin yaradılmağının, əməkdaşlıq təşəbbüslərini artırmağın vacibliyindən danışıb. Həmçinin çıxışı zamanı gənclər təşkilatlarının nümayəndələrinin və gənclərin seçki prosesində fəal iştirak etməyə çağırış edib.

Forumda “Binqo” oyunu, təcrübə və resurs mübadiləsi, ARGMTŞ-nın kollektiv vizyon tədbiri üçün ixtisaslaşma sahələri üzrə bölünmüş təşkilat nümayəndələrinin təkliflərinin müzakirəsi ekspertlərin iştirakı ilə baş tutub.

Qeyd edək ki, forumun məqsədi gənclər təşkilatlarına yeni imkanlar barədə məlumat vermək, gənclərin inkişafı üçün zəmin yaratmaq, əməkdaşlıq təşəbbüslərini artırmaqdır.