Moldovanın Kişinyov şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin Milli Gənclər Şuralarının Şəbəkələşmə görüşü keçirilib.

3 Yanvar 2024

Moldovanın Kişinyov şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin Milli Gənclər Şuralarının Şəbəkələşmə görüşü keçirilib.

Moldova Milli Şurası tərəfindən həyata keçirilən tədbirin məqsədi Milli Gənclər Şuralarının rəhbər və nümayəndələrinin iştirakı ilə onlar arasında şəbəkələşmənin gücləndirilməsi olub.

Görüşdə ictimai vəkillik strategiyası təqdim edilərək, onun hərəkət cədvəli hazırlanıb, 2023-cü ildə həyata keçirilmiş fəaliyyətlər qiymətləndirilib, həmçinin əldə edilmiş nəticələr və növbəti addımlarla bağlı müzakirələr aparılıb.

NAYORA-nın Proqram Meneceri Jalə Həsənova və Beynəlxalq əlaqələr və layihələr üzrə katibi Aysel Abudovanın iştirak etdiyi tədbirdə Azərbaycanla yanaşı Danimarka, Moldova, Belarusiya, Ukraynadan olan nümayəndə heyəti də təmsil olunub.