NAYORA-nın sədri Rafael Hacıbəyli, Baş katibi Ramin Həbibzadə ilə Türkiyə Gənc QHT Platformasının (TGSP) sədri Ali Haydar Ustaosmanoğlu və Baş katibi Yavuz Kaan Akın arasında görüş keçirilib.

14 Fevral 2024

NAYORA-nın sədri Rafael Hacıbəyli, Baş katibi Ramin Həbibzadə ilə Türkiyə Gənc QHT Platformasının (TGSP) sədri Ali Haydar Ustaosmanoğlu və Baş katibi Yavuz Kaan Akın arasında görüş keçirilib.

Görüş zamanı gənclərlə iş sahəsində yerli və beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılan layihələr haqqında müzakirələr aparılıb, eyni zamanda, təşkilatlar arasında mübadilə proqramları, gənclərlə iş sahəsində nəzəri bazanın gücləndirilməsi, cari fəaliyyətlər və ikitərəfli əlaqələrlə bağlı məsələlərə toxunulub.

Türkiyə Gənc QHT Platformasına dəvətə görə təşəkkürümüzü bildiririk.