NAYORA-nın təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə ilin yekunlarına və həmrəylik gününə həsr olunmuş “Gənclər Təşkilatlarında Fəal Vətəndaşlığın Təşviq Olunması Forumu” keçirilib.

30 Dekabr 2023

Forum öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqi ilə çıxış edərək, gənclər təşkilatlarının fəal vətəndaşlığın təşviq olunmasında rolundan danışıb. Qeyd edək ki, forumda aparıcı gənclər təşkilatlarının rəhbərləri çıxış edərək qarşıdan gələn Prezident seçkilərində gənclərin fəal iştirakının vacibliyini vurğulayıb, o cümlədən seçki prosesinə gənclərin verə biləcəkləri töhfələri müzakirə ediblər.