NAYORA İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) 5-ci Baş Assambleyasında Azərbaycan Respublikası nümayəndə heyətini təmsil edib.

14 Fevral 2024

NAYORA İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) 5-ci Baş Assambleyasında Azərbaycan Respublikası nümayəndə heyətini təmsil edib.

Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti aidiyyəti istiqamət üzrə müzakirə və panellərdə iştirak edərək mümkün tərəfdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) 5-ci Baş Assambleyası zamanı İƏT Avrasiya Regional Mərkəzinin 4-cü Baş Assambleyasından indiyədək olan dövr üzrə fəaliyyət hesabatının təqdimatı baş tutub və yeni idarə heyəti və direktorun namizədliyi irəli sürülüb. Səsvermə zamanı seçilmiş İƏT Avrasiya Regional Mərkəzinin yeni idarə heyəti üzvləri Elçin Əskərov, Askar Shaikdinov, Akerke Iskanderova, Wajiha Haris, Abdullaziz Muminov və direktoru Rafiq İsmayılovu təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!