Türkiyənin İstanbul şəhərində Beynəlxalq Gənc İş Adamları Konqresi (UGİK 2024) öz işinə başlayıb.

10 Fevral 2024

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Gənc İş Adamları Konqresi (UGİK 2024) öz işinə başlayıb.

Gənc MÜSİAD tərəfindən keçirilən tədbirin əsas məqsədi qloballaşan dünyada gənclərin biznes sahəsində inkişafına dəstək göstərməkdir. Konfrans açılış nitqlərindən sonra gənclərlə iş sahəsində innovasiyanın inkişafı, süni intellektin günümüzdə artan rolu, gənclər arasında beynəlxalq şəbəkənin qurulması mövzularında panel müzakirələri formatında davam edib.

Qeyd edək ki, Gənc MÜSİAD-ın dəvəti ilə Azərbaycan nümayəndə heyəti tədbirdə ölkəmizi təmsil edib, növbəti aylarda yerli gənclər təşkilatlarının, həmçinin NAYORA-nın üzv təşkilatlarının iştirakı ilə bu formatda forumun ölkəmizdə keçirilməsi ilə bağlı müzakirələr aparıblar.