Yanvarın 19-da ADA Universitetində əcnəbi və yerli tələbələrin iştirakı ilə “20 Yanvar Beynəlxalq İctimaiyyətin Gözü ilə” mövzusunda dəyirmi-masa həyata keçirilib.

19 Yanvar 2024

Yanvarın 19-da ADA Universitetində əcnəbi və yerli tələbələrin iştirakı ilə “20 Yanvar Beynəlxalq İctimaiyyətin Gözü ilə” mövzusunda dəyirmi-masa həyata keçirilib.

Dəyirmi-masa öz işinə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin rəsmi hissəsində NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqini səsləndirdikdən sonra moderatorluğunu NAYORA-nın sədr müavini Güldanə Dadaşovanın etdiyi “20 Yanvar Beynəlxalq İctimaiyyətin Gözü ilə” mövzusunda diskusiya başlayıb. ELSA Azərbaycanın Prezidenti Nərminə Hüseynzadə, AEGEE-Bakının Prezidenti Kamilla Məmmədova çıxış edərək 20 yanvar faciəsinin həqiqətlərini xarici ölkə gənclərinin, həmçinin nümayəndələrinin diqqətinə çatdırıb və onların məlumatlandırılmasını, həmçinin faciənin beynəlxalq hüquq və normalar müstəvisində qiymətləndirilməsindən bəhs ediblər.

Qeyd edək ki, diskusiya iştirakçıların suallarının cavablandırılması ilə davam edib.