Yanvarın 20-də Azərbaycan Dillər Universitetində “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib.

20 Yanvar 2024

Yanvarın 20-də Azərbaycan Dillər Universitetində “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqini NAYORA-nın Baş katibi Ramin Həbibzadə səsləndirdikdən sonra Milli Məclisin deputatı Vüqar İskəndərov, 20 Yanvar şahidləri Rövşən Abbasov və Valeh Hüseynov çıxış ediblər. Natiqlər 1990-cı ilin qanlı yanvarında silahlı dəstələrin Azərbaycan xalqına qarşı törətdikləri qanlı gecədən bəhs edib, bu faciənin bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğunu vurğulayıblar. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub.

Qeyd edək ki, tədbir gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutub.