Yanvarın 22-də Azərbaycan-Fransız Universitetində “Gənclərin seçki prosesində iştirakının təşviq edilməsi” konfransı həyata keçirilib.

23 Yanvar 2024

Yanvarın 22-də Azərbaycan-Fransız Universitetində “Gənclərin seçki prosesində iştirakının təşviq edilməsi” konfransı həyata keçirilib.

Islam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (ICYF-ERC) və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə keçirilən Konfrans zamanı Tatarıstan Respublikasının “Sələt” gənclər hərəkatının sədri Aygül Qabdraxmanova , Qazaxıstanın “Əmanət” partiyasının gənclər qanadının sədri Akerke İskəndərova, Avropada müsəlman icmaları ilə işləyən Rumıniyanın “Şəhrizad” gənclər fondunun prezidenti Vaciha Haris və Pakistanın Gənclər Şəbəkəsinin sədri Fsahad Ul-Həsən seçki prosesində fəal iştirakçılığın vacibliyi, gənclər səviyyəsində fəal vətəndaşlıq prinsipləri və beynəlxalq təcrübələrdən bəhs ediblər. Eyni zamanda, konfrans müddətində müxtəlif ölkələrdə gənclərlə işdə yeni yanaşmalarla əlaqədar fikir mübadiləsi aparılıb.