Üzv gənclər təşkilatları ilə görüşlərimiz davam edir.

8 Dekabr 2023

Üzv gənclər təşkilatları ilə görüşlərimiz davam edir.

Beləki, növbəti görüş Azərbaycan Gənc Marketoloqlar İctimai Birliyinin sədri Hafiz Əzəmmədov, Gənclərin Antinarkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova və Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin təsisçisi Tofiq Əlizadə ilə baş tutdu.

Məhsuldar keçən görüşlər zamanı təşkilatların ümumi fəaliyyəti, mövcud layihələri, əməkdaşlıq etdikləri qurumlar ətrafında müzakirələr apararaq, gələcək planları haqqında danışdıq. O cümlədən, təşkilatların NAYORA-dan gözləntiləri, qarşılaşdıqları çətinliklər, Resurs Mərkəzi haqqında yanaşmaları ilə də tanış olduq.

Qeyd edək ki, görüşlər davamlı olaraq keçiriləcək, iştirak etmək istəyən təşkilatlar bizə müraciət edə bilərlər.