Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (ELSA)

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (ELSA)

ELSA-ın Azərbaycan nümayəndəliyinin əsası 2010-cu ilin iyun ayında qoyulmuşdur. 2010-cu ilin oktyabr ayında Azərbaycan Türkiyənin Alanya şəhərində keçirilən ELSA-nın 58-ci Beynəlxalq Şura Toplantısında müşahidəçi üzv statusunu qazandı və Azərbaycan böyük səs çoxluğu ilə ELSA ailəsinə qəbul olundu. 1 il sonra – 2011-ci ilin oktyabr ayında İtaliyanın Palermo şəhərində Assosiasiyanın 60-cı Beynəlxalq Şura Toplantısında Azərbaycanın tam üzvlük üçün namizədliyini irəli sürdü və ELSA-nın əsasnaməsinə müvafiq şəkildə məsələ səsverməyə çıxarıldı. Səsvermənin nəticələrinə əsasən Azərbaycan ELSA-nın tamhüquqlu üzvü oldu.