Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) 5-ci Baş Assambleyası keçirilib.

13 Fevral 2024

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) 5-ci Baş Assambleyası keçirilib.

İki gün davam edən tədbirin açılış mərasimində nazirlər, rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Assambleya rəsmilərin çıxışları ilə öz işinə başlayıb. İlk öncə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciəti səsləndirilib. Daha sonra açılış mərasimində Dünya Etnoidman Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan ,ICYF-nin prezidenti Taha Ayhan, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan çıxış edib.

Qeyd edək ki, Assambleyanın keçirilməsində əsas məqsəd İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun idarə heyətinin, prezidentinin, həmçinin Avrasiya Regional Mərkəzinin idarə heyəti və direktorunun seçilməsidir. Eyni zamanda, forumun panel müzakirələrində gəncləri əhatə edən bir sıra mövzulara toxunularaq müzakirələr aparılıb.